SON DƏQİQƏ
» » Adil Əliyev: "Mövqesiz insan uçuruma yuvarlanacaq"-MÜSAHİBƏ

Adil Əliyev: "Mövqesiz insan uçuruma yuvarlanacaq"-MÜSAHİBƏ

Tarix:

1-02-2020, 18:35

/ 4 805 dəfə oxundu.
Adil Əliyev: "Mövqesiz insan uçuruma yuvarlanacaq"-MÜSAHİBƏ

Bu dəfəki müsahibimiz ənənəvi müsahiblərimizdən bir qədər fərqlidir, millət vəkilliyinə namizəd, ziyalı, və hüquqşünas Adil Abış oğlu Əliyevdir.

Biz Adil Əliyevlə söhbətimizi iki səbəbdən gerçəkləşdirmək niyyətində olduq. Birincisi bizi buna sövq edən, bu idman növünə marağımız, onun gənclər arasında artan nüfuzu, ikincisi isə bu idman növünün hərb ilə uyğunluğundan ibarət oldu. Beləliklə, müsahibimiz Azərbaycan Kiqboksinq Federasiyasının prezidenti, millət vəkilliyinə namizəd, hüquq elmləri üzrə fəlsəfə doktoru Adil Abış oğlu Əliyevdir.Adil Əliyev: "Mövqesiz insan uçuruma yuvarlanacaq"-MÜSAHİBƏ

-Adil müəllim, öncə oxucuları maraqlandıran məsələlərdən başlayaq. Sizin ölkəmizdə son dövrdə baş verən kadr və struktur dəyişikliklərinə münasibətinizi bilmək bizim üçün maraqlı olardı?

-Bu gün ölkəmizdə baş verən islahatlar prosesi əminəm ki, günümüzün tələbidir və Azərbaycan cəmiyyətinin ictimai və sosial sifarişi kimi qəbul edilməlidir. Ölkəmizdə bu gün daha sürətlə öz həllini gözləyən fəaliyyət sferaları kifayət qədərdir. Cənab Prezident İ.Əliyevin qeyd etdiyi kimi, hər bir iqtidar idarəetmə forması müasir dövrün tələbləri və standarlarına tam şəkildə cavab verməlidir!

-Kiqboksinq idman növünün hansı özəl xüsusiyyətləri vardır?

- Aktiv ictimai arenaya atılmaq niyyətim gənc dövrlərdən başlamışdır. Özümü böyük idmanda sınamaq fikri uzun illərdir ki, mənimlədir. Özüm Kiqboksinq üzrə veteranlar arasında dünya çempionu olmuşam. İndi bu ideyanı gənclər arasında reallaşdırmaq vaxtıdır. Azərbaycanda Kiqboksinq idman növü digər bir sıra idman növləri kimi köklü islahatlar tələb edir. Bu nöqteyi-nəzərdən peşəkarlıq hər zaman öndə olmalıdır. Bu idman növü fəlsəfə ilə də uzlaşır, idmançıdan müəyyən bacarıq

və səriştə tələb edən unikal bir idman növünə çevrilməkdədir.

Bu idman növünün tarixi kökləri və bünovrəsi Çin fəlsəfəsi ilə bağlıdır. Ölkəmizdə mütəmadi olaraq milli çempionatlar keçirilir, beynəlxalq arenada isə idmançılarımız Azərbaycan bayrağını dəfələrlə zirvələrə qaldırmışdır. Bir sıra dövlət strukturları bizim Federasiya ilə əməkdaşlıq edir, müştərək təlimlər keçirirlər. Habelə, belə tədbirlər gənclərin vətənpərvər ruhda şəxsiyyət kimi formalaşmasında da özəl rola malikdirlər.

Bildiyiniz kimi, ərazilərimizin 20%-i işğal altındadır. Bu nöqteyi-nəzərdən bizim İdman Federasiyasının gənclərin həm fiziki, həm psixoloji cəhətdən hazırlığında özünəməxsus missiyası vardır.

Siz düzgün qeyd etdiniz, bu idman növünün hərbi aspekti ilə yanaşı, onun ətraf mühit və sağlam həyat tərzi ilə də sıx əlaqəsi mövcuddur. Elə hallar olur ki, bu idman növünə yalnız idmançılar deyil, həm də bütöv ailələr qoşulur. Bu idman növünü həm yaşlılar, həm də gənc nəsil çox sevir. Təbiətin qoynunda idmanla məşğul olmaq tarix boyu bir çox insanların arzusu olmuşdur.

Biz respublikamızın bir çox guşələrində turnirlər keçiririk. Mən gənclərimizi yalnız bizim idman növünə deyil, ümumiyyətlə idmana dəvət edirəm. Çünki sağlam nəslin böyüdülməsi və həddi-buluğa çatdırılması bizim fəaliyyətimizin əsas məqsədi və bizlərin hər birinin arzusu olmalıdır.

-Dövlətimizin idarə olunmasında gəncləşmə siyasətinə münasibətiniz necədir?

-Bu çox vacib məsələdir. Gənclər bizim sabahımızdır. Hər bir xalqın, millətin dünya miqyasında tanıdılmasında gəncliyin böyük rolu vardır. İstedadlı gənc kadrlarımız və sağlam intellektual potensialımız olduğu halda nə üçün bu potensialdan tam şəkildə istifadə etməyək?!

Söhbətimizin bu yerində Adil müəllimin köməkçisi müdaxilə edərək məlumat verir: -«Federasiyamız indiyə qədər bir sıra beynəlxalq tərəfdaş qurumlarla əməkdaşlıq əlaqələri qurmuşdur. Müxtəlif illərdə bizim tədbirlərimizdə Gənclər və İdman Nazirliyinin, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı Dövlət Universitetinin komandaları iştirak etmişdir. Biz “İRƏLİ” İctimai Birliyi və digər QHT-lərlə yaxın əlaqələr qurmuşuq. “Qızıl əlcək” yarışlarımızda hər zaman əcnəbi idmançılar da çıxış etmək imkanı qazanmışlar. Regional idman klublarımız da geniş tərkibdə bu tədbirlərdə iştirak etmişdir. Hər il bizim Federasiyanın təşkil etdiyi idman yarışlarına minə qədər iştirakçı qoşulur. İldən-ilə xaricdən də bu yarışlarda iştirak edən idmançıların sayı artır».

-Gənclərə nəyisə vəd etmək istərdinizmi?

-Mən vəd verməyi yox, iş görməyi daha önəmli hesab edirəm. Ancaq gənclərimizə tövsiyyəm var: öz inkişafımda və görəcəyim işlərdə fəaliyyətim onlar üçün kifayət qədər şəffaf olacaqdır. Bəzən elə olur ki, bir sıra idmançılar nəzər-diqqətdən yayınır, arzuolunmaz istiqamətlərə və fəaliyyət sahələrinə üz tuturlar. Gənclər və idman siyasəti üzərində ictimai nəzarəti vəziyyətdən ən optimal çıxış yolu hesab edirəm.

-Sizin xeyriyyəçilik fəaliyyətiniz barədə də danışırlar. Bildiyimiz qədər müəyyən sayda bu istiqamətdə də fəaliyyət göstərirsiniz?

-Bilirsiniz, çox şişirtmək lazım deyil. Biz bütün bunları özümüzün vətəndaş və insanlıq borcu hesab edirik. Gələcəkdə Bakı şəhərinin Nərimanov rayonunda daha çox orta məktəbəqədərki və orta təhsil müəssisələrini müasir informasiya-kommunikasiya vasitələri ilə təmin etmək kimi bir arzumuz da vardır.

-Beynəlxalq arenada Azərbaycan idmanının durumunu necə dəyərləndirərdiniz?

-Azərbaycanda idman ənənələri qədim tarixə malikdir. Müasir dövrümüzün idman uğurları Ümummilli Liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin adları ilə sıx bağlıdır. Azərbaycanda istedadlı və titullu idmançıların yetişdirilməsi üçün demək olar ki, bütün şərait mövcuddur. Ölkəmiz dünya çaplı idman tədbirlərinə - “Eurovision-2012”, 1-ci Avropa İdman Oyunları-2015, 4-cü İslam Həmrəyliyi Oyunları-2017, Formula-1 və digər meqa-idman yarışlarına ev sahibliyi etmişdir. Bildiyiniz kimi, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin 3 matçı Bakı Olimpia Stadionunda keçiriləcəkdir. Təbii ki, biz bir İdman Federasiyası olaraq bu tempə layiq olmağa və dövlət Başçımızın idman sahəsində bütün tapşırıq və hədəflərini icra etməyə çalışırıq.

-Adil müəllim! Səmimi açıqlamalarınıza görə təşəkkür edir və sizə bu Milli Məclis seçkilərində, öz siyasi və ictimai fəaliyyətinizdə uğurlar arzulayırıq!

Rauf Ilyasoğlu

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ