SON DƏQİQƏ

İçərişəhərdəki muzeylərə giriş pulsuz olacaq

Tarix:15-05-2019, 11:40

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “Açıq qapı” günü elan edir.

Axşam.az xəbər verir ki, “Açıq qapı” günü  İçərişəhərdə yerləşən muzeylər ödənişsiz fəaliyyət göstərəcək.

"Açıq qapı" çərçivəsində ziyarətçilər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” DTEQ ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə tanış ola biləcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<