SON DƏQİQƏ

Vətən sağ olsun

Tarix:8-02-2021, 13:13 Oxunub:4 802

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə

Bir körpə dil açaraq Biləsuvar elində, 

Oddan-alovdan keçib böyüdü at belində.
Çinartək boy ataraq igid pəhləvan oldu,
Fərəhdən atasının gözü sevinclə doldu.
İdman yarışlarından qayıdırdı uzu ağ ,
Onu görən deyirdi  arxamızdı , gəlir dağ.
  Çempion olan vaxtı dostları sevinirdi,
Ana,  üzərlik yandır, bacısı  söylənirdi .
Göz dəyməsin xalqımın  qəhrəman övladına,
Allah yetsin mərdlərin hər zaman imdadına.
Könüllü xidmət etdi sərhəd bölgələrində,
Gözləyirdi səngərdə, kəndin döngələrində

Azğınlaşmış erməni bizə pusqu qururdu,
Türku arxadan vurub üzlərinə dururdu.
Mübariz haqsızlığa dözə bilməzdi əlbət,
Düşmənin qarşısında sinəsi sipər, həm səd.
Məktub yazdı:" ay ana məndən qalma nigaran,
Vətən sağ olsun "-dedi, göynəsə da, qəlb yaram.
Əgər mən qayıtmasam məni bağışla ana, .
Görən ana dərdindən alovlanıb kim yanar?
Xeyir-dua alaraq anasından  Mübariz ,
Ona tanış gəlirdi işğalda qalan hər iz.
Cəsur kəşfiyyatçıtək irəliyə şığıdı,
Kolda- kosda gizlənən goraşen, bic-dığadır.
Vətəni qoruyaraq düşmənin cəbhəsinə,
Vəlvələ salıb çökdü mənfurun  sinəsinə.
Xeyli quldur qıraraq qisas aldı həmin an,
Düşmənlər çaşqın qalıb deyirdilər: " ay aman.
Bunu Allah göndərib  bəlkə bizi qırmağa?
Diri  tutaraq onu tez keçirin qırmağa !
Qırıb çapdı düşməni şəhid oldu  qəhrəman,
Hər an anılacaqdır keçdikcə zaman-zaman.

Yağılar əsirdilər igidin nərəsiylə ,
O düşmən gülləsini susdurdu sinəsilə.

Cəsədindən qorxurdu ermənilər həmin an,
Görün necə saqqallı yerdə gəbərib haman!
Agir seyid övladı  düşmənlə cihad etdi,
Bir günəştək saçaraq dünyadan rahat getdi.
Baş Komandanım ona qəhrəman adı verdi, 

Mübariz uyuyan yer əbədi cənnət yerdi .
Tarixə qəhrəmantək şərəflə yazdı  adın,
Əbədi yaşayacaq mübariztək soyadın.

Vətən sağ olsunRauf İlyasoğlu ,
Milli Qəhrəmanımız haqqında yazdığım şeir birinci yerə layiq görülərək  2011- ci ildən  hər il kütləvi tirajla  çap olunaraq 4 cü sinif Azərbaycan dili ( sinifdənxaric Oxu ) kitabına daxil edilmişdir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<