SON DƏQİQƏ
» » Nazirdən təhsil kreditləri ilə bağlı açıqlama

Nazirdən təhsil kreditləri ilə bağlı açıqlama

Tarix:

22-01-2021, 12:43

/ 6 015 dəfə oxundu.
Nazirdən təhsil kreditləri ilə bağlı açıqlama

Ölkəmizdə müəyyən sayda tələbənin təhsil haqqını ödəmə problemi var.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bura ali təhsil müəssisəsinin səlahiyyətlər və imkanlar məsələsi var:

"Bu il ərzində təhsil kreditləri ilə bağlı həm Milli Məclis, həm də hökümət arasında qərar qəbul edilməsi ilə bağlı planlarımız var. Bunun bir həll yolu olduğunu hesab edirəm. Bu kreditlərin iki istiqamətdə olmasını düşünürük. Belə ki, biri faizsiz kreditlərdir ki, sosial baxımdan həssas olanlara, digəri isə tələbənin bacarıqlarına əsasən hesablanır. Bakalavr səviyyəsində 16500, magistrada isə 1100 nəfər dövlət hesabına təhsil alır".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ