SON DƏQİQƏ
» » Təhsil haqları ilə bağlı vəziyyət - Nazir aydınlıq gətirdi

Təhsil haqları ilə bağlı vəziyyət - Nazir aydınlıq gətirdi

Tarix:

22-01-2021, 12:42

/ 6 674 dəfə oxundu.
Təhsil haqları ilə bağlı vəziyyət - Nazir aydınlıq gətirdi

Azərbaycanda təxminən 182 min tələbə var. Onlardan 167 mini bakalavr, 15 mini magistr təhsili alır.

Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onu sözlərinə görə, 11500 tələbəyə ölkə rəhbərliyinin xüsusi sərəncamı ilə sosial yardım göstərilib, təhsil haqqından azad ediliblər:

"Bu gün orta statistikaya görə, 100 tələbədən 56-sı dövlət hesabına təhsil alır. Eyni zamanda, son illərdə dövlət sifarişi əsaslarla təhsil almağa 92 faiz tələbə layiq görülüb. 2020-ci ildə 22.681 tələbə dövlət sifarişli təhsil alıb. Koronavirus pandemiyası səbəbilə güzəşt olunan tələbələri nəzərə aldıqda, 60 faiz birinci kurs tələbəsi dövlət hesabına təhsil alır.

Doğrudur, bir qisim tələbə təhsil haqlarını ödəmək baxımından çətinlik çəkib".

Nazir qeyd edib ki, bəzi hallarda təhsil haqqının dövlət hesabına ödənilməsi barəsində fikirlər səslənir:

"Dövlət sosial meyar, ehtiyac və tələbənin bacarıqlarına görə dövlət əsaslı təhsil təklif edir. Əgər tədris tam dövlət hesabına aparılarsa, bu zaman rəqabət prinsipi pozular.

Eyni zamanda, təhsil haqları Azərbaycanda vergi güzəştləri əsasında aşağı məbləğdədir. Azərbaycanda bakalavr səviyyəsi üzrə təhsil haqları orta hesabla 2500 manatdır".


скачать dle 12.1

Şərhlər