SON DƏQİQƏ

Məmur olmaq…

Tarix:

22-12-2020, 09:35

/ 6 021 dəfə oxundu.
Məmur olmaq…

Ədib İSAOĞLU

 

Azərbaycanda bəzi məmurlar kimi məmur olmaq, Sicilyada hörmət sahibi olmaq kimi bir şeydir. Yox-yox qətiyyən ağlınıza mafyozluq gətirməyin ha. Azərbaycanda mafyozluğun qulağı çoxdan kəsilib. Amma və lakin bizimkilərin bəzilərinin təmtəraqlı yaşayışı, vətəndaşlara yuxarıdan aşağı baxmaları, özlərini «burda mənəm, Bağdadda kor xəlifə» kimi hiss etmələri olmasaydı, sicilyalılara oxşatmaq günah olardı. Amma nə etmək olar oxşayırlar axı. Bütün məmurları və bölgələri də bura şamil etmək olmaz. Məsələn, Qazax və Naxçıvan MR-i nümunə gətirmək olar. Qazax rayon icra başçısı Rəcəb Babaşov hər gün saat 18.00-da vətəndaşları şəxsən qəbul edir, şikayət və arzuları ilə tanış olur. Muxtar Respublikada, Ali Məclisdə qəbul şöbəsi var, Rəşad müəllim. O, çox səmimi, mehriban və alicənab şöbə müdiridir. Bütün gün qəbulda olan Rəşad müəllim, vətəndaşların şikayətlərini yerindəcə həll edir və ya həll etməyə çalışır. Ona görə də Naxçıvan rəhbərliyi bütün naxçıvanlıların ümid yeridır…

Qayıdaq sicilyalılara oxşayan məmurlara. Ay qardaş biri nazirə məktub yazır ki, cənab nazir xahiş edirəm məni qəbul edəsiniz. Pahoo yandı o adamda, məktubuda. O, yazıq məktub 5 dəfə senzuradan keçəcək, 5 dəfə sorğuya alınacaq, axırdada ki, Aparata ya təqdim olunmayacaq, yada yalnış dilnən göndəriləcək. Ay qardaş-ay bacı adamı görüşdürün də cənab nazirnən. Bəlkə vətəndaşın görüşü sevinc görüşüdü, bəlkə naziri qucaqlayıb qələbə münasibətilə təbrik edəcək. Niyə qırırsınız sadə vətəndaşlarnan yüksək çinli məmurların arasındakı körpünü. Yenə yadıma İsa babadan bir məsələ düşdü, deyim sizdə bilin: Ölkənin Şahı əyaləti gəzirmiş. Münbit torpaqlı bir kənddən keçəndə baxır ki, yol kənarında qırmızı sifət, başı fəsli biri özünü günə verir. Şahın bu kişidən xoşu gəlməsədə yenə də dilucu soruşur:

- A kişi, necə yaşayırsınız?

- Şah sağolsun, çox gözəl.

Şah vəzirinə pıçıldayır ki, bu kəndin gəlir vergisini bu kişiyə görə 10 qat artırın.

Bir neçə aydan sonra Şah yenə oradan keçirmiş. Bizim bu qırmızı sifət, qırmızı saqqal, yumuru göz kişi çıxır yenə Şahın qabağına. Şah bu kişini görəndə nədənsə əsəbləşirmiş, və yenə əsəbi şəkildə soruşur:

- İndi vəziyyətiniz necədir?

- Şah sağolsun, hər şey əladır.

Padşah üzünü vəzirə tutub deyir ki, bu kəndin vergisini elə artır ki, bu kişi belə şişə bilməsin.

Bir müddətdən sonra vəzir gəlir Şahın hüzuruna ədəblə salam verib ərz edir.

- Şah sağolsun, üst-üstə əmr verdiyiniz kənddə vəziyyət çox ağırdır camaat acından qırılır.

- Tez o kişini gətirin mənim hüzuruma, kəndin vəziyyətini onun sifətindən anlayacağam.

Kişini gətirirlər Şahın hüzuruna. Şah kişini görən kimi yenə şarteli atır. - Vəzir bax gör bu ki, lap erkək pişiyə oxşayır. Necə o kənddə acından ölmək olar?

- A kişi sənin o kənddə işinin adı nədir, nə işlə məşğulsan?

- Şah sağolsun, mən o kəndin həm kəndxudasıyam, həm də mollası.

- Vurun bu məlunun başını. O kəndi də vergidən azad edin, birdə yaltaq olmayan, elin sözün deyən kəndxuda təyin edin ora –deyə Şah vəzirə tapşırır.

Hə mənim əziz soydaşlarım, gəlin bu pandemiyalı 5 günlük dünyada səmimi, mehriban olağın. Dövlət başçımızla əhalinin arasına körpü tikəyin, körpünü uçurmağa çalışmayağın. Axı biz bu 44 gündə Prezidentdən tutmuş əkinçiyə qədər bir olub, birlik göstərib məğrurluq adımzı dünya tarixinə yazdıq. Demək bizim gücümüz içimizdəki bəzi xəyanətkar məmurların xəyanətinin qarşısını almağada, bir olmağada çatar, birlik göstərməyə də. Di Uca Tanrıya əmanət ol, mənim Ulu Xalqım!

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ