SON DƏQİQƏ

Ucuz ölüm

Tarix:

17-12-2020, 10:08

/ 5 984 dəfə oxundu.
Ucuz ölüm

Necə adiləşib insan ölümü,

Qardaş da qardaşın hayına gəlmir .
Virus nə sən ölə. mən ölə baxmır,
Harda yaxalasa, məhf edir, bilmir.

Molla qorxa - qorxa Quran oxuyur,
Ehsan qazanları dolub bosalmır ,
Dirilər ölüdən gör necə qorxur ,
Korononu kimsə nə  başa  salmır.

Aptekdə nə qədər dərman satılır,
Həkimlər xəstəyə  bir  çarə  tapmır,
Kimlər bu dünyanı odlara atır,
Virusdan ölənin qəbri  tapılmır.

Belə ucuz ölüm kimə gərəkdir?
Bill Qeytsin  qurduğu bu bir  kələkdir,
Bizə kömək olan huri mələkdir ,
Dünyanın axırı, bax,  fəlakətdir.

Hanı nənələrin buruncək şalı?
O vaxtlar sətəlcəm olmurdu  insan. .
Gəzsə də adamlar  indi  maskalı,
Faciə  üz verər, Allahı dansan.

Haqsızlıq baş verən bir cəmiyyətdə,
Allahın müddəti, kini də artar,
Dünyanı tutmayın siz ikiəlli ,
Şərəfli ölümdən bizə də çatar.

Əlacımız qalıb uca Allaha,
Rəbbim kömək olsun əlacsızlara .
İnsan ömrü ucuz, xərci çox baha , 
Lənət insan artımını  azaldanlara
Dünyanı məhf edən o qansızlara .
Rauf İlyasoğlu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ