SON DƏQİQƏ

Ucuz və keyfiyyətsiz qulaqcıqlar ölüm gətirir

Tarix:

1-03-2018, 08:27

/ 10 580 dəfə oxundu.
Ucuz və keyfiyyətsiz qulaqcıqlar ölüm  gətirir

Hazırda satışda kifayət qədər ucuz və keyfiyyətsiz telefon qulaqcıqları var. Mütəxəsislər isə belə qulaqcıqların zərərləri ilə bağlı ciddi xəbərdarlıq edir.

ONN media Xəzərxəbər-ə istinadən xəbər verir ki, qiyməti 70 qəpik və 1 manat arasında dəyişən bu cür qulaqcıqlara bir çox yerlərdə xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun  keyfiyyətsizliyindən xəbər verir. Həkimlər həyəcan təbili çalır. Çünki yol kənarında satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə bilər

Həkimin sözlərinə görə, bu cihazlar hətta ölümə də səbəb ola bilər.

Sakinlər də bu qulaqcıqların zərərli olduğunu bildirklərini, amma ucuz olduğu üçün aldıqlarını deyirlər

Həkimlər bildirirlər ki, qulaqcıqlar yumşaq materialdan olmalıdır. Sərt materialdan hazırlanan ucuz qiymətə olan bu cihazlar qulaqda sağalmaz zədələrə də səbəb olur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ