SON DƏQİQƏ
» » Adi ölümlə ani ölüm arasındakı fərq nədir?

Adi ölümlə ani ölüm arasındakı fərq nədir?

Tarix:

13-08-2017, 11:39

/ 5 554 dəfə oxundu.
Adi ölümlə ani ölüm arasındakı fərq nədir?

O insanlar ki, avtomobil qəzalarında dünyalarını itirirlər, bərzəx aləminə düşdüklərinə inana bilmirlər. Çünki bir dəqiqə əvvəl maşınlarında hərəkət edirdilər və bir dəqiqə sonra necə ola bilir ki, bərzəx aləminə düşüblər?
Bizi maraqlandıran sual budur ki, bəs bu insanlar istər mömin olsun, istərsə də kafir – başqa mömin və kafirlər kimi ölüm mələyi ilə rastlaşmırlar və onların çəkdiyi əzab və əziyyəti çəkmirlər? Yəni, bu insanlar can verməyin acısını hiss edirlərmi?
O kəs ki, bərzəx aləminə daxil olar, oranın qanun və qaydalarına tabe olar. Oradakı qanunlar bu dünyada olduğu kimi deyildir. Bu dünyada bizim gördüyümüz və ehtimal verdiyimiz bir dəqiqə can vermək, bərzəx aləmində daha uzun bir müddət ola bilər, hətta bir ilə belə bərabər ola bilər. Hədislərimiz bu mövzuya işarə etmişdir və mükaşifə əhli olan alimlər də onu təsdiq edirlər.
Ona görə də bərzəx aləminin zamanını bu dünyanın zamanı ilə müqayisə etmək olmaz. O kəslər ki, bərzəx aləminə düşər, zamandan azad olarlar. Çünki Qiyamət günü onlardan soruşan zaman ki, bərzəx aləmində nə qədər olmusan? Deyərlər ki, bir gün və ya bir günün bir hissəsini. Halbuki min illərlə bərzəx aləmində qalmışdır.
İnsan can verəndən və öləndən sonra da belə olur. Biz elə bilirik ki, qısa müddət ərzində can verib ölən insan heç əziyyət çəkmədən dünyasını dəyişmişdir. Ancaq belə deyildir. Bəlkə bərzəx aləmində onun çəkdiyi bu əziyyət bir ildən çox müddətdə olmuşdur.
Ona görə də deyə bilərik ki, o insanlar ki, adi ölümlə dünyalarını dəyişirlər, can verməyin və ölümün əzab və əziyyətini necə hiss edirlərsə, ani ölümlə dünyalarını dəyişən insanlar da o cür hiss edirlər, bəlkə də ondan da çox. Əgər insan bir dəqiqə ərzində ölübdürsə, bərzəx aləmində onun çəkdiyi ölüm əzabı ola bilsin ki, bir ilə bərabər olsun. Yəni, bu dünyada yaşayan hər bir canlı nəhayət ölümü dadacaqdır. İstər adi ölümlə ölsün, istərsə də ani ölümlə. Hər ikisi də ölüm mələyini görəcək və bərzəx aləminə daxil olacaqdır. Sadəcə fərq ondadır ki, adi ölümlə ölən insan özünü ölümə hazırlayır və artıq zamanının sona çatmasına yəqinliyi olur. Ancaq ani ölümlə ölən insan öldüyünü tədricən qəbul edə bilir. Gözünün önündə olan səhnələrin dəyişməsini tədricən başa düşür və tədricən dərk edir ki, artıq ölmüşdür. (Tebyan) /Deyerler.org/
GUNAZ.azскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ