SON DƏQİQƏ

CV göndər, yaxud işsizliyin sirri...

Tarix:

4-01-2020, 23:39

/ 1 873 dəfə oxundu.
CV göndər, yaxud işsizliyin sirri...

Aliyə Əsədova
2020-ci ilin ilk günləridir,  ilin əvvəlidir.  Köhnə illərdən etibarən  yeni iş yerləri yaradılır, vakansiyalar olur, amma hələ də işsizliklə baş-başa qalanlar var, iş yerində ştatdankənar, əvəzçiliklə işləyənlər var.  İdarə və müəssisələrdə, dövlət və özəl strukturlarda  islahatlar aparılır və bir də görürük ki ,  neçə nəfər kadr ixtisar olunub. Başqa yerdə iş tapmaq da müşkül məsələdir,  heç də rahatlıqla,  asanlıqla  iş tapmaq olmur ,  iş deyəndə ki böyük  məmur kürsüləri, məsul vəzifələr yox , aldığı təhsilə, ixtisasa , iş fəaliyyətinə , qabiliyyətinə uyğun yüngülvari  işdən söhbət gedir . Dövlət qulluqçuları  var  hansı ki   neçə aydır iş yerindəki ixtisara görə hələ də  özünə iş tapa bilməyib, müəllim imtahandan uğurla keçsə  də , vakansiya ucbatından  kənarda qalıb, hələ mən digər ixtisas və  peşə sahiblərini demirəm  - onlar da   işsizlik  ucbatından harda gəldi necə gəldi bir başqa  iş görməyə məcburdurlar yetər ki beş-üç manat qazancları olsun.  
      
Əslində bir çox işlərin də çarəsi işdir, hər hansı bir  işdə çalışmaq insanı bir sıra çətinliklərdən , maddi qayğılardan nisbətən uzaqlaşdırır, ələbaxan olmursan, nə vaxtdansa qalan qiymətli əşyaları satıb onunla dolanmağa üstünlük vermirsən. Xəstəliklər, ağır sınaqlar  həm də   işlər yaxşı getdiyində öz-özünə ixtisara düşür .  Qapı-qapı gəzməkdən, işindən ötrü kimlərəsə zəng etməkdən təngə gələndə  insanın mənəvi ruhu ölməyə hazırlaşır sanki.  Hər dəfə də  -“CV göndər  , mütləq baxılacaq “-  sözlərini  eşitdikcə, bir az ümidlənirsən.  Hərdən bu CV-lərlə bağlı ümid də hardasa qırılır, belə olduqda  adam elə ölüyə bərabərdir  - eşitmir, danışmır, nə düşünə bilir ,  nə də ki cavab verə bilir. İndi zaman dəyişib, hamısı da adamların ucbatındandı,  zamanında  o qədər dəyişdirmişik və dəyişmişik ki , artıq adamlar yox  zaman adamlara görə dəyişir, adamına görə  işləyir .  Həm işləyən,  həm də işləməyən bəzi zəmanə adamlarının  da canı sağ olsun, aradabir hərdən işsizlərin də heyfini çıxa bilir , onlara tərəf boylana bilir, belə olduqda , kimsə də hardasa özünə uyğun iş tapa bilir .  Ətrafımda elə işsizlər var ki , iki, üç ildir  iş axtarırlar, böyük-böyük işlərdən yox kiçik işlərdən danışırlar. CV-lərdə hər şey əladır, qaydasındadır , di gəl ki çağırıb dindirən,  qabiliyyətini yoxlamaq üçün sınaq müddətinə cəlb ediləni  çox az sayda olur .  Elə bil ki  əməkhaqqı qalxdıqca , bəziləri  maaş da vermək istəmir, vakansiya olmaması səbəbindən gözləyənlərin bir neçəsi  artıq xəstəliklərə düçar olduğundan  müalicə alır. Gözləmək pis şeydir  elə axtarmaq da - əlin hara ilişdisə,  gərək ordan  bərk yapışasan lap itələyib qovmaq istəyənlər olanda da  cəld tərpənib təpikləyib sən onları qovasan .  İndi zaman  belədir, bilmirəm ağdır , qaradır ya başqa rəngdədir  - onu bilirəm ki hər zamanda gərək üzü bərk tutasan .  Elə edəsən ki sonra  hərdən nəticəsi    bəlli olmayan ya da heç olmayan   bu sözləri  təkrar-təkrar eşitməyəsən –“ CV göndər....  imtahanda iştirak et...sınaq olacaq.... müsahibə olacaq ....    “     
Bu işsizlik elə bil sirr olub. Necə etmək lazımdır ki,   işlər uğurlu və  avand olsun .  Bu sirdən baş açanlardan işsizlərə kömək arzulayıram . 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ