Xalq artisti ilə vida mərasimi keçirilir

Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.

GunAz.az xəbər verir ki, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bəstəkarın ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən X. Mirzəzadə dünən öz evində vəfat edib. 

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]