SON DƏQİQƏ
» » Honkonqun valyuta ehtiyatları noyabr ayında 6 milyard dollardan çox azalıb

Honkonqun valyuta ehtiyatları noyabr ayında 6 milyard dollardan çox azalıb

Tarix:

6-12-2019, 23:34

/ 1 005 dəfə oxundu.
Honkonqun valyuta ehtiyatları noyabr ayında 6 milyard dollardan çox azalıb

Honkonqun valyuta ehtiyatları noyabr ayında 6,3 milyard dollar azalaraq 434,3 milyard dollara çatıb. Oktyabr ayının sonlarında bu göstərici 440,6 milyard dollar təşkil edirdi.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin administrativ rayonunda mərkəzi bank funksiyalarını icra edən Pul Dövriyyəsi İdarəsi məlumat yayıb. Qurum valyuta ehtiyatlarının azalması səbəbini açıqlamayıb. Bu proses kütləvi etirazlar fonunda yerli iqtisadiyyatın zəifləməsi ilə eyni vaxta təsadüf edib.

Həftənin əvvəlində Honkonqun maliyyə məsələləri üzrə katibi (nazir) Pol Çan cari maliyyə ilində meqapolisin 15 ildə ilk dəfə olaraq büdcə defisiti ilə qarşılaşa biləcəyini deyib.

Qeyd edək ki, Asiyanın ən mühüm beynəlxalq maliyyə mərkəzlərindən biri olan Honkonq 1997-ci ildə müstəqil pul siyasəti aparan geniş muxtariyyət hüququ ilə Çinin suverenliyi altına keçib. Britaniyanın keçmiş anklavının valyuta ehtiyatı həcminə görə, dünyanın 10 aparıcı liderləri sırasına daxildir.

Hazırda Honkonqun valyuta ehtiyatları onun ərazisində dövriyyədə olan pul kütləsindən yeddi dəfə çoxdur.

скачать dle 12.1

Şərhlər