SON DƏQİQƏ
» » Hindistanda Səddam Hüseyn şoku - Pasport üçün məhkəməyə müraciət edib

Hindistanda Səddam Hüseyn şoku - Pasport üçün məhkəməyə müraciət edib

Tarix:

23-03-2017, 10:09

/ 670 dəfə oxundu.
Hindistanda Səddam Hüseyn şoku  - Pasport üçün məhkəməyə müraciət edib

Edam edilməsindən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq keçmiş İraq lideri Səddam Hüseyn bir mühəndisin həyatında əsl kabusa çevrilib.
Hindistanda gəmi mühəndisi Səddam Hüseyn işləmək üçün müraciət etdiyi hər yerdən rədd cavabı alınca, bunun daşıdığı ad və soyadla əlaqəli olduğu qənaətinə gəlib.
Moderator.az xarici mediaya istinadla bildirir ki, işsizlikdən əziyyət çəkən hindistanlı Səddam Hüseyn ad-soyadını dəyişmək üçün artıq məhkəməyə müraciət edib. Ancaq məhkəmədəki bürokratik süründürməçilik onu narahat erməkdədir. 
Saddam Hüseyin Hindistanın Tamil Nadu əyalətindəki Noor-ül İslam Universitetindən məzun olandan iki il sonra adı ilə bağlı sıxıntı yaşamağa başladığını bildirir. 
Universiteti əla nəticə ilə başa vurub, tələbə yoldaşları çoxdan iş tapsa da, dənizçilik şirkətləri Səddam Hüseynin iş müraciətlərini geri çevirir. Oxşar problemlər ölkə sərhədini keçərkən də baş verir.
"İnsanlar məni işə almaqdan qorxur" deyən Səddam, 25 il əvvəl ona İraq diktatorunun adını verən atasını isə qınamır. 
Yeni ad və soyadla passport aldıqdan sonra həyatındakı sıxıntıları arxada qoya biləcəyinə ümid edən Səddam Hüseyn  yenidən məhkəməyə gedəcək. 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ