SON DƏQİQƏ
» » Messi qeyri-adi qol sevincinin səbəbini açıqladı

Messi qeyri-adi qol sevincinin səbəbini açıqladı

Tarix:

5-03-2017, 21:11

/ 4 121 dəfə oxundu.
Messi qeyri-adi qol sevincinin səbəbini açıqladı

"Barselona"nın futbolçusu Lionel Messi La Liqanın son turunda ötən gecə "Selta"ya vurduğu ilk qolu qeyri-adi şəkildə bayram etməsinin səbəbini açıqlayıb.

 Argentinalı qonaq komandanın qapısına yol tapandan sonra VIP-lojaya baxaraq əlini qulağına aparıb, telefon danışığını təsvir edib. Bu jest dünya mətbuatında geniş müzakirələrə səbəb oldu. Hətta bildirildi ki, Leo "Barsa" rəhbərliyinə və öz atasına yeni müqavilə üzrə danışıqlar prosesini sürətləndirməyə işarə edir.

Ancaq Messi söz-söhbətlərə son qoyub. O, bu jesti oyun günü ona dəfələrlə zəng edən qardaşı oğluna ünvanladığını qeyd edib. Futbolçu oyun hazırlığına görə zənglərə cavab verə bilməyib. Beləliklə, Messi oyundan sonra qardaşı oğluna zəng vuracağına işarə edib.

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ