Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - işə heç bir məsələni öz axarına buraxmayın. İşdə problemlər yaranarsa, axşam saatlarında mühüm tədbirlərdən imtina edin. Nəticələri əvvəlcədən hesablayın, yardıma ehtiyac olarsa, dəstək arayın. Özünüzü sığortalayın. Buğa - yeni perspektivlər yaranarsa, bunu önəm verdiyiniz insana anladın. Baş verənlərə münasibətinizi bildirin, müşküllərin həll yolllarını təklif edin. Əkizlər - qıcıqlanma, emosiyaların izharına duyulan ehtiyac, hisslərin nümayiş edilməsi arzuolunmaz nəticələr verə bilər. Bütün bunlar artıq səbatlaşmış situasiyalarda dəyişikliklər yaratmaqla yanaşı, problemlərin yeni həllərini aramağa ehtiyac yarada bilər. Xərçəng - Titan və Oberonun münasibətləri gün ərzində yaşanacaq olaylara mümkün qədər diqqətlə yanaşmağınızı tələb edir. Gün anlaşılmazlıqlar, münasibətlərdə qəfil dönüşlər vəd edir. Şir- Triton və Umbrielin münasibətləri yaxın ətrafınızdakı insanların inadkarlığını vəd edir. Onlar yalnız öz maraqları çərçivəsində hərəkət edəcəklər. Qız - Hiperion və Sinopenin münasibətləri gərgin durumların tədricən çözülməsini vəd edir. Yarımçıq qalmış işləri başa vurun, alınan məlumatları və təklifləri dəyərləndirin. Tərəzi- hansısa münasibətlər yenicə təşəkkül tapmağa başlayıbsa, ehtiyatlı və sayıq olun. Hisslərinizdə böhran yarana bilər. Axşam saatlarında ünsiyyət dairəsini məntiqlə seçin. Aqressiv, nə danışdığını bilməyən insanlardan uzaq olun. Əqrəb - situasiya çox asanlıqla münaqişəyə zəmin yarada bilər. İş yoldaşlarınız və ya ailə üzvləriniz vəziyyəti dramatikləşdirməyə cəhd göstərəcəklər. Şəxsi münasibətlərdə hadisələrin inkişafına süni təkan verməyin. Oxatan - situasiya ağırlaşır, kənar təmayüllərin təsiri artır. Fəqət, çalışdığınız insanların əhvalını, hiss və mövqelərini nəzərə alın. Sözlərinizdə ehtiyatlı olun. İşdə həmkarlarınızı incidə biləcək açıqlamalar verməyin. Oğlaq - Mimas və Plutonun münasibətləri asan, sadə olmayan gün vəd edir. Sakit durmayın, ətalətli davranmayın. Gərəkli insanlarla görüşün, müzakirələr aparın, yaşananların məğzini və məzmununu anlamağa çalışın. Dolça- neytral mövzuya keçidin vaxtıdır. Əgər nə isə mane olursa, həmin problemdən qurtulmaq üçün yaxşı gündür. Heç nəyə təəssüflənməyin və yalnız irəli gedin. Balıqlar - görüşlər və ünsiyyətdə dözülməzlik, hər şeyi mümkün qədər tez həll etmək, yekun qərarlara cəhdlər hiss olunur. Sonradan təəssüf doğura biləcək addımlar atmamaq üçün situasiyanı qismən də olsa, nəzarət altına alın.