SON DƏQİQƏ
» » Moskvada banka hücum: 6 nəfər girov götürüldü

Moskvada banka hücum: 6 nəfər girov götürüldü

Tarix:

23-05-2020, 23:06

/ 2 968 dəfə oxundu.
Moskvada banka hücum: 6 nəfər girov götürüldü

Moskvada "Alfa Bank”ın filialında 5 nəfər girov götürülüb.

Axar.az xəbər verir ki, naməlum şəxs və ya şəxslər bankın Moskvanın mərkəzindəki filialında girovları götürdükdən sonra binanı partladacağı ilə bağlı hədələyiblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları danışıqlar aparır.

***

Hüquq-mühafizə orqanları əməliyyat keçirərək, şəxsi zərərsizləşdirə biliblər.

Tümən vilayətindən olan 1986-cı il təvəllüdlü Aleksey Barışnikovun banka girəndən sonra binanın minalandığı və çantasında bomba olduğunu bildirərək, 6 nəfəri girov saxladığı qeyd olunub.

Onun doğrudan da çantasında bomba olduğu isə hələ təsdiqlənməyib.

A.barışnikovun hansı niyyətlə bu addımı atdığı da bilinmir.

Əməliyyat zamanı heç kəs xəsarət almayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ