SON DƏQİQƏ
» » Banka soyğunçu girdi - İnsanlar girov götürüldü

Banka soyğunçu girdi - İnsanlar girov götürüldü

Tarix:

28-12-2018, 22:06

/ 10 260 dəfə oxundu.
Banka soyğunçu girdi - İnsanlar girov götürüldü

Çex Respublikasının cənub-qərbindəki Prşibram şəhərində banka girən silahlı soyğunçu 9 nəfər müştərini girov götürüb, onlardan birini daha sonra sərbəst buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə polis sözçüsü Monika Şindlova bildirib.

“Bizdə olan məlumata görə, girovlardan heç birinə zərər yetirilməyib”, - deyən sözçü hadisə yerinin polis tərəfindən mühasirəyə alındığını, 28 yaşlı soyğunçu ilə danışıqlar aparıldığını qeyd edib.

Aparılan danışıqlardan sonra soyğunçu polisə təslim olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ