SON DƏQİQƏ
» » Trampa qarşı qiyam: 5 nəfər girov götürüldü

Trampa qarşı qiyam: 5 nəfər girov götürüldü

Tarix:

2-02-2017, 11:41

/ 3 936 dəfə oxundu.
Trampa qarşı qiyam: 5 nəfər girov götürüldü

ABŞ-ın Delaver ştatının həbsxanasında prezident Donald Trampın siyasətindən narazı qalan məhbuslar 5 nəzarətçini girov götürüb.
İnsident Smirna şəhərində baş verib. 
Məhbuslardan biri girovları Trampın yeritdiyi siyasətə etiraz olaraq götürdüklərini bəyan edib: "Səbəb Tramp və onun atdığı addımlardır. Əminik ki, onun hakimiyyətə gəlişi ilə həbsxanalarda vəziyyət pisliyə doğru dəyişəcək”.
Qeyd edək ki, həbsxananın ətrafına çox sayda polis qüvvələri cəlb edilib. Yüngül yaralanan girovlardan birinin sərbəst buraxıldığı bildirilir. Digər girovların vəziyyəti barədə hələlik məlumat verilmir. Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.(xezerxeber.az)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ