SON DƏQİQƏ
» » ABŞ-da silahlı şəxs özünü və girovları öldürüb -YENİLƏNİB

ABŞ-da silahlı şəxs özünü və girovları öldürüb -YENİLƏNİB

Tarix:

10-03-2018, 09:05

/ 10 240 dəfə oxundu.
ABŞ-da silahlı şəxs özünü və girovları öldürüb -YENİLƏNİB

ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs veteranlar evində 3 nəfəri girov götürüb. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yuntvil şəhərində qeydə alınıb. Silahlı şəxs binaya daxil olaraq 3 nəfəri girov götürüb. Hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub. Veteranların işi üzrə departamentin məlumatına əsasən, Yuntvildə yerləşən müəssisədə 1000-ə yaxın insan yaşayır.

***

ABŞ-ın Kaliforniya ştatında veteranlar evində 3 nəfəri girov götürən şəxsin kimliyi bəlli olub. 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Nap dairəsinin şerifi Con Robertson bildirib. “Hadisəni törədənin şəxsiyyəti artıq müəyyənləşdirilib. Lakin polis hələ ki, məlumatı ictimaiyyətə açıqlaya bilməz”, deyə C.Robertson qeyd edib. Hadisənin motivləri barədə də hər hansı məlumat verilmir.

***

ABŞ-ın Kaliforniya ştatında veteranlar evində girov götürülən 3 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə yerli KTVU telekanalı xəbər verib. İlkin məlumata əsasən, binaya hücum edən şəxs özünü və girovları öldürüb.

Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ