Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə parlamentdə çıxışı zamanı baş nazirin müavini Bəkir Bozdaq bildirilib.
Yaralananlardan 17-si polis əməkdaşı, bir nəfəri isə mülki şəxsdir.
Bundan əvvəl partlayış nəticəsində 12 nəfərin yaralandığı bildirilmişdi.
Qeyd edək ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.
*****
Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində 12 nəfər yaralanıb.
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Mersin Valiliyindən bildirilib.
Yaralananlar polis əməkdaşlarıdır.
İHA-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.
***
Türkiyədə polisin xidməti avtomobilinə hücum edilib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Mersin şəhərində polis avtomobili partladılıb.
Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.
Ölən və yaralananlar barədə xəbər yoxdur.
Gunaz.az