SON DƏQİQƏ

MİŞAR DAŞI – CAVİD İSMAYIL YAZIR

Tarix:26-08-2019, 17:17

                        

“Milli birliyi olmayan millətlər başqa millətlərin ovudur” – Mustafa Kamal Atatürk.

Düşünürəm bəşəriyyəti yaradan Tanrı, cənnət Vətənimiz Azərbaycana bütün nemətlərini, zənginliklərini əsirgəməyib. Dünyada vaciblər sırasında duracaq bir çox nemətləri Vətənimizə bəxş edib. El arasında demişkən, torpağımızın altı da-üstü də qızıldır. Elə bu gün, bu zənginliklərin birindən-mişar daşından sizlərə söhbət açmaq istəyirəm. Bəlkə də bəziləriniz təəcübləndiniz-nə mişar daşı və ya niyə mişar daşı?

Elə bu yerdə gəlim məsələnin məğzinə.

Hərdən xarici ölkələrə səyahət etmək qismət olur. Təbii ki, xaricdə olanda mən şəxsən Vətəndən kənar olsam da, çalışıram ilk olaraq gedəcəyim yerdə Vətənin qan yaddaşı olan işğal altında olan torpaqlarımızdan, erməni vəhşiliyi, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələrini təmasda olan insanlarla paylaşım. Gedəcəyim yerlərdə Vətənimizin inkişafı, əldə edilən nailiyyətlər və s. haqqında məlumat verim və təbii ki, olduğum yerlərdə Vətənlə bağlı hər hansısa suveniri hədiyyə edim.

Bu barədə digər bir yazımda geniş xatirələrimi və münasibətimi bildirəcəm. Lakin hər dəfə xaricdə olanda məni maraqlandıran filklərdən biri də odur ki, görəsən bizdəki mişar daşından avropada niyə yoxdur? Olduğum əksər xarici ölkələrdə insanlar yaşayış sahələrini, daha doğrusu həyətyanı sahələrini mişar daşı ilə qala divarları kimi hörmürlər. Əksər yerlərdə ümumiyyətlə açıq və ya gül-çiçək, yaxuda müxtəlif dekorativ kollarla ayırırllar.

Bir dəfə yavru vətənimiz Kıprısda olarkən, Kirnə (Girne) şəhərinə yuxarı bir ərazidən şəhəri nəzərdən keçirirdim. Birdən gözüm oralara xas olmayan daşdan hörülmüş bir hasarlı evə sataşdı. Özümə də təəccüblü gəldi ki, həsədlə baxdığım güll-çiçəkdən olan hasarların ortasında bu hündür, qala divarlarını xatırladan, daşdan olan “yabanı” hasar görəsən kimindir?

Elə bu arada ağlıma gələn ilk o oldu ki, ya bu malikanənin sahibi bura gəlmədir və ya dövlət adamıdır ki, təhlükəsizlik baxımından belə yüksək hasar çəkilib.

Əlqərəz, yanımdaki dostlardan soruşduqda bildim ki, bəli, bu hasar Azərbaycan vətəndaşına məxsusdur. Kıprısda mülk alıb, “milli” ruhumuza uyğun olaraq daşdan qala kimi hündür hasar tikdirib. Deyirsən lap əcəb edib, ev onun, hasar onun. Kimə nə?

Məsələ bunda deyil, məsələ hasar çəkmə xislətliyimizdədir. Harada oluruqsa-olaq ilk olaraq hasar tikirik. Uca, qala kimi, quş keçməz.

Birazda dərin və əhatəli düşünəndə ümumiyyətlə dəhşətə gəlirəm. Mənə elə gəlir ki, bizlər ilk olaraq qəlblərimizi, daha sonra şəxsi evlərimizin ətrafını, daha sonra məhlələrimizi, regionlarımızı bir birindən ayırmaq-parçalamaq üçün mişar daşından hündür-hündür qala kimi hasarlar çəkib özümüzü parçalaya-parçalaya kiçildirik. Bir birimizi təcrid edir, yadlaşdırır və bəzi hallarda hətda düşmən edirik.

Və anlamırıq ki, bu hasarları çəkməklə ana Vətənimizi bölür, onu param-parça edir, tikə-tikə edərək sarsıldırıq.

Bilmirəm bəlkə də, düşüncələrimdə səhv edirəm?

Lakin bir çox araşdırmalarım və müşahidələrim belə bir qənaətə gəldiyimə sövq edir ki, əfsuslar olsun ki, bizlər 300 ilə yaxındır ki, Vətənimizi ərazilərə bölmək üçün hasar tikirik. İlbəil, günbəgün, saatbasaat mişar daşından tikilən qalatək hündür hasarlar Vətənimiz olan Azərbaycanımızı hər dəfə bir az da bölür və paramparça edir. Özü də öz əllərimiz və Allahın bizlərə göndərdiyi, lakin təyinatını zənnimcə doğru dəyərləndirmədiyimiz mişar daşının vasitəsilə.

Amma içimdən Qazılıq dağına çıxaraq iki tonqal qalayıb, qəlbdən hayqırmaq istəyirəm! Yetər!!! Sökək qəlbimizdəki hasarları, dağıdaq həyətlərimizdə, məhlələrimizdə, bölgələrimizdəki, hasarları! Axı Vətənimiz yağı düşmənin ayaqları altındadır! Axı Vətən düşmən ayağı altında fəryad edir! Sökün bir-birinizin arasındakı hasarları! Dağıdın bütün mişar daşlarından hasarları! Əl-ələ verin! Çiyiin-çiyinə bir səddə, fərq qoymadan, fərq axtarmadan, Vətən naminə dayanın! Sökülən daşları toplayın, Vətənə qarşı uzanan qara əlləri kəsmək üçün sərhəddən hündür-quş keçməz hasar tikin! O, Vətən sərhədini də elə tikin ki, onun Vətən deyilən hissəsində, Dərbənd, Borçalı, Zəngəzur, Göyçə, İrəvan, Təbriz, Kərkük bir sözlə, VAHİD VƏ GÜCLÜ AZƏRBAYCAN olsun!  

Və sonda Qazılıq dağında üç tonqal qalayaq. Elə bir tonqal qalayaq ki, dörd bir tərəfimizdən görünsün ki, Oğuz yurdunun ocağı gur yanır!

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<