SON DƏQİQƏ

Alimi-biəməl

Tarix:

13-10-2017, 12:33

/ 3 433 dəfə oxundu.
Alimi-biəməl

Elm müəssisəsində yüksək vəzifə tutub öz şəxsi marağından başqa hər şeyə laqeyd yanaşan alimi-biəməl: 
"Elmi mühitdə səlahiyyətli olmaq nə qəşəng şey imiş. Sözdə, çıxışlarda, KİV qarşısında yalanı tirajlayırsan, müsahibə verirsən ki, bəs filan-filan işlər görmüşük, görürük və filanlarını da planlaşdırırıq, istedadları axtarırırıq ki, elmə cəlb edək. 
Öz aramızdır, nə iş, nə elm, nə istedad axtarışı? Sözdür də deməlisən ki, kresloda bir müddət oturub özünü tutasan. Necə deyərlər, gerisi Allah kərim!
Əslində istedadın vaxtında başını əzməlisən ki, dirçəlməsin. İstedadlar dövlətin etimadını qazansa, onda biz nə edərik? O zaman bu savad, bu ləyaqətimizlə bizi it yerinə də qoymazlar. Vallah, beş dananı da bizə etibar etməzlər. Ona görə də, elmi saxtalaşdırma fəaliyyətimizi bir an da olsun belə dayandıra bilmərik. Harada qırıldı, qırıldı. Öldü var, döndü yoxdur. 
Bir də çıxışlarında etiketə əməl edib hədəfi düz vurmalısan ki, siyasi dayağın itməsin! Məsələn, çıxış zamanı özünü dövlətin, iqtidarın fədaisi kimi göstərməlisən, əməldə isə nə istəyirsən et.
Amma elə ustalıqla etməlisən ki, tabeliyindəkilər sənin doğrudan da iqtidarın fədaisi olduğuna inanıb mövcud hakimiyyətdən narazı olsunlar" (Sitatın sonu).
PS. Mən isə tam əminliklə deyirəm ki, belə satqınların və portret arxasında gizlənən xəyanətkarların əməlləri ifşa olunacaq. Yüksək elmi titul və vəzifə, gözə soxduqları partiya mənsubiyyəti heç nəyə yaramayacaq!

Alimi-biəməlIdris Abbasov

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ