SON DƏQİQƏ

Bu qurumlar avtomobillərini satır - Qiymət

Tarix:

11-02-2020, 09:00

/ 1 867 dəfə oxundu.
Bu qurumlar avtomobillərini satır - Qiymət

Üç böyük dövlət qurumu balansında olan istifadəsiz avtomobilləri hərraca çıxarır.

GunAz.az xəbər verir ki, 3 mart tarixində keçiriləcək hərraca Hesablama Palatası 4, Baş Prokurorluq 7, Ədliyyə Nazirliyi isə 10 avtomobil təqdim edib.

Hesablama Palatasının hərraca çıxardığı avtomobillər "Nissan” markalıdır və qiymətləri 6300-9000 manat arasında dəyişir.

Baş Prokurorluq isə hərraca müxtəlif markalı avtomobillər təqdim edib. Prokurorluğun ən yüksək qiymətə hərraca çıxardığı avtomobil "Volksvagen Passat” avtomobilidir və qiyməti 9000 manatdır.

Budəfəki hərraca ən münasib qiymətə avtomobilləri Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona təqdim etdiyi ən bahalı avtomobilin - "Nissan Sanni”nin qiyməti 6500 manatdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ