SON DƏQİQƏ

Azərbaycan kərə yağı idxalını 18% azaldıb

Tarix:

16-05-2018, 12:57

/ 10 395 dəfə oxundu.
Azərbaycan kərə yağı idxalını 18% azaldıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 25 mln. 771,57 min ABŞ dolları dəyərində 4 320,97 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

 

Gunaz.az xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Gömrül Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 955,05 ton və ya 18,10% azdır. Məbləğ baxımından isə illik nisbətdə 5 mln. 502,28 min dollar və ya 27,14% çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 20 mln. 269,29 min dollar dəyərində 5 276,02 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,85%-ni təşkil edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ