SON DƏQİQƏ
» » İran və Azərbaycan arasında dəmir yoluna aid yeni müqavilə imzalandı

İran və Azərbaycan arasında dəmir yoluna aid yeni müqavilə imzalandı

Tarix:

4-02-2018, 14:30

/ 1 149 dəfə oxundu.
İran və Azərbaycan arasında dəmir yoluna aid yeni müqavilə imzalandı

Astara-Astara dəmir yolu ilə hərəkət edəcək qatarın yükü İranın Astara terminalında boşaldılacaq.

Gunaz.az APA-ya istinadən xəbər verir ki, fevralın 3-də İranın Astara şəhərində İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri və "Azərbaycandan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Zaman Novruzov arasında görüş keçirilib.

Görüşdə "Azərbaycandan Dəmir Yolları" QSC-nin kompleks terminalının rəhbəri Ramin İsmayılov və iki ölkənin sərhədçiləri iştirak ediblər.

Görüşdə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınan və MDF məhsulu daşıyan ilk sınaq yük qatarının Astara-Astara dəmir yolundan keçməklə İranın Astara terminalında öz yükünü boşaltması haqqında  razılıq əldə olunub. Bununla əlaqədar İran Dövlət Dəmir Yolları İdarəsi və "Azərbaycandan Dəmir Yolları" QSC arasında müqavilə imzalanıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ