SON DƏQİQƏ

Neft nə qədər bahalaşa bilər? - Ekspert

Tarix:

7-01-2018, 10:05

/ 992 dəfə oxundu.
Neft nə qədər bahalaşa bilər? - Ekspert

Neft şirkətləri, maliyyə institutları və beyin mərkəzləri neftin dörd il əvvəlki mövqeyinin bərpa olunacağı ilə bağlı heç bir proqnoz vermirlər.

Gunaz.az xəbər verir ki, Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, hazırda neftin sürətlə bahalaşması üçün dünyada hər hansı bir səbəb yoxdur:

“Neftin birdən-birə bahalaşması üçün ilk növbədə onun suni qıtlığı yaradılmalıdır. Bu məsələ isə hələ ki, gündəmdə deyil. Hətta bu, OPEK ölkələri tərəfindən yaradılsa belə, qeyri-OPEK ölkələrinin başında duran ABŞ-da hasilatın durmadan artması bu prosesi mümkünsüz edir. Bu il ABŞ-da gündəlik neft hasilatının ilk dəfə 10 milyon barrelə çatması gözlənilir”.

İ.Şaban qeyd edib ki, dünya bazarında neftin qiyməti qısa müddətdə 75 dolları keçə bilər:

“Ancaq bu, neftin əvvəlki mövqeyinin bərpa olunması üçün əsas şərt deyil. Əsas məsələ neftin orta qiymətidir. Neftin orta qiyməti ötən il 54 dollar olub. Cari il üçün isə neftin orta qiyməti 56-57 dollar civarında proqnozlaşdırılır. Ancaq bu rəqəmin 60 dollara çatması hələ ki, gündəmdə deyil”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ