SON DƏQİQƏ
» » Bu kişilərin televiziyada görünməyi qadağan edildi

Bu kişilərin televiziyada görünməyi qadağan edildi

Tarix:

17-01-2022, 08:26

/ 1 709 dəfə oxundu.
Bu kişilərin televiziyada görünməyi qadağan edildi

Çin hakimiyyəti televiziyada makiyajlı kişilərin nümayişini qadağan edib. 

Bu barədə ölkə mətbuatı xəbər yayıb. Çinin hakimiyyət orqanları belə hesab edir ki, makiyajlı kişi obrazı bu cinslə bağlı ənənəvi təsəvvürlərlə üst-üstə düşmür.

Bundan başqa, hərəkətləri "ictimai qaydalara və əxlaqa" zidd olduğu müəyyən edilən şəxslərin ekranda nümayiş etdirilməsi də yasaqlanıb.

Bundan sonra Çində dəbdəbəli həyatı təbliğ edən və tamaşaçıları daha çox pul xərcləməyə sövq edən televizya proqramlarının nümayişi də qadağandır. Eləcə də, məşhur insanların reytinqini yayımlamağa və ulduzların övladlarını televiziya proqramlarına çağırmağa icazə verilmir.

Televiziyalara əyləncə seqmenti əvəzinə sosialist və ənənəvi Çin mədəniyyətinə diqqət yetirmək məsləhət görülür.

Xatırladaq ki, bir qədər bundan əvvəl Çin Kommunist Partiyasının lideri Si Tsinpin televiziyalara qadına bənzər kişilərin efirə çıxarılmasını qadağan etmişdi.

Yerli mütəxəssislərin fikrincə, Çin rəhbərliyinin yenilikləri "inqilabi mədəniyyətin" təbliğinə yardım etmək üçün nəzərdə tutulub və "milli mənəvi xarakterin möhkəmləndirilməsinə xidmət" məqsədi daşıyır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ