SON DƏQİQƏ

Bakıda idmançı zalda ölü tapıldı

Tarix:22-10-2021, 20:03 Oxunub:2 052

Bakıda fitnes məşqçisi vəfat edib.

Bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

Zalın sahibi Ceyhun Vəliyev Oxu.az-a açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:

 

"Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".

O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<