SON DƏQİQƏ
» » İki klub rəsmən Azərbaycan çempionatından imtina etdi

İki klub rəsmən Azərbaycan çempionatından imtina etdi

Tarix:

22-09-2020, 21:52

/ 4 310 dəfə oxundu.
İki klub rəsmən Azərbaycan çempionatından imtina etdi

Peşəkar Futbol Liqası I divizionda yeni mövsümün başlanacağı tarixi açıqlayıb.
GunAz.az xəbər verir ki, divizionda mübarizə oktyabrın 1-dən başlayacaq.

Bu dəfə yarışa 10 komanda qoşulacaq. Bunlardan beşi Premyer Liqada mübarizə aparan klubların əvəzediciləridi. Qalan 5 komanda isə MOİK, "Qaradağ Lökbatan”, "Turan Tovuz”, "Zaqatala” və "Kəpəz”dir.

"Qəbələ”nin əvəzediciləri ilk gündən I diviziona qatılmaqdan imtina etmişdilərsə, "Zirə-2” və "Səbail-2”nin yarış iştirakçıları arasında olmaması yenilikdi. Bu həm də o deməkdi ki, yeni mövsümdən bu iki elita təmsilçisinin əvəzedici komandası fəaliyyət göstərməyəcək.

Xatırladaq ki, hələ bir müddət əvvəl bununla bağlı məlumatlar paylaşıb, "Zirə-2” və "Səbail-2” komandalarının dağıldığını yazmışdıq. PFL-in elan etdiyi siyahıdı bu komandaların adının olmaması həmin məlumatların rəsmiləşməsi deməkdir.sport7.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ