SON DƏQİQƏ

"Qarabağ"ın potensial rəqibləri AZALDI

Tarix:

10-08-2020, 08:33

/ 1 490 dəfə oxundu.
"Qarabağ"ın potensial rəqibləri AZALDI

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib.

GunAz.az xəbər verir ki, Azərbaycan təmsilçisi Makedoniyanın "Sileks" komandasını keçəcəyi təqdirdə, 7 komandadan biri ilə üz-üzə gələcək. Bunlar Danimarkanın "Midtüllann" klubu, eləcə də "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) və "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütlərinin qaliblərindən biri olacaq.

"Qarabağ" səpələnmişlər səbətində yer alacağından, daha aşağı reytinqlilərdən ibarət səpələnmişlər səbətindəki komandaya rəqib olacaq.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

AbbasƏLİ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ