Cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasından verilən xəbərə görə, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları üç medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) da bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə bir qızıl və iki bürünc medal yazdırıb. 

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]