SON DƏQİQƏ
» » Stadnik qələbəsindən danışdı: Rəqibimlə rəfiqəyik

Stadnik qələbəsindən danışdı: Rəqibimlə rəfiqəyik

Tarix:

28-06-2019, 21:36

/ 248 dəfə oxundu.
Stadnik qələbəsindən danışdı: Rəqibimlə rəfiqəyik

Azərbaycan qadın güləşçisi Mariya Stadnik Minsk-2019 II Avropa Oyunlarının qalibi olub.

GunAz.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə Ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Qarşılaşmadan qələbə ilə ayrılan (7:1) Azərbaycan təmsilçisi qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.

Bu gün həmçinin Elmira Qəmbərova (62 kq) final, Alyona Kolesnik (57 kq) və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.

***

Final görüşü çətin oldu. Biz-birimizi yaxşı tanıyırıq, məşqləri birgə edirik. Daha təcrübəli olmağım finalda qalib gəlməyimə kömək etdi.

Bu fikri II Avropa Oyunlarında komandamıza üçüncü qızıl medal qazandıran qadın güləşçimiz Mariya Stadnik söyləyib.

Ona dəstək olan hər kəsə təşəkkürünü bildirən M.Stadnik bildirib ki, ukraynalı güləşçi ilə rəfiqə olduğundan final görüşü psixoloji baxımdan çətin idi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ