SON DƏQİQƏ

İtaliya millisində istefalar başladı

Tarix:

14-11-2017, 22:56

/ 1 236 dəfə oxundu.
İtaliya millisində istefalar başladı

Əfsanəvi qapıçı Canluici Buffonun ardınca təcrübəli futbolçular Danile De Rossi və Andrea Bartsalyi də İtaliya millisində ayrıldığını açıqlayıb.

Gunaz.az xəbər verir ki, buna səbəb komandanın DÇ-2018in pley-off mərhələsində İsveç yığmasına məğlubiyyəti olub.

İsveç ilə qarşılaşmadan sonra mediaya açıqlama verən 34 yaşlı De Rossi milli komanda mövzusunun onun üçün bağlandığını deyib:

“Bizim futbolumuz qaranlıq bir dövrdədir. Federasiyanın hazırda tək önəmli bir vəzifəsi var: belə bir xəyal qırıqlığından sonra yenidən hərəkətə keçmək. 180 dəqiqəlik performansımızın qarşılığı ələnmək olmamalı idi. Ancaq onları da təbrik edirik”.

A.Bartsalyi isə bu matçın həm karyerasına, həm də milli komandaya böyük zərbə vurduğunu bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ