SON DƏQİQƏ
» » Azərbaycanın kişilər və qadınlardan ibarət basketbol yığması qızıl medal qazanıblar

Azərbaycanın kişilər və qadınlardan ibarət basketbol yığması qızıl medal qazanıblar

Tarix:

21-05-2017, 20:28

/ 4 186 dəfə oxundu.
Azərbaycanın  kişilər və qadınlardan ibarət basketbol yığması qızıl medal qazanıblar

Azərbaycanın basketbol 3X3 üzrə kişilərdən və qadınlardan ibarət yığma komandası "Bakı 2017" IV İslam Həmrəylik Oyunlarının qızıl medallarını qazanıblar. 

Kişilərdən ibarət yığma komandamız finalda Paşayev Zaur, Həmzəyev Amil, Orxan Aydın və Moses Marşal Obriandan ibarət heyət qətərliləri 13:9 hesabla məğlub edib. 
Qeyd edək ki, bürünc medallarını Türkmənistanı 17:10 hesabı ilə məğlub edən Türkiyə yığması qazanıb.

Qadınlardan ibarət yığma komandamız  isə Aleksandra Mollenhauer, Tatyana Deniskina, Dina Ulyanova və Merseder Mari Uolkerdən ibarət heyət finalda Mali yığmasını 13:7 hesabı ilə məğlub edib. 
Qeyd edək ki, bu idman növündə bürünc medala Türkmənistanı 13:8 hesabı ilə məğlub edən Türkiyə yığması yiyələnib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ