İslamiada: Həndbol yığmaları ikinci turun oyunlarını keçirəcəklər
Tarix:
10-05-2017, 09:33
/ 2 968 dəfə oxundu.
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün həndbol yığmaları 2-ci turun oyunlarını keçirəcəklər. Azərbaycanın kişilərdən ibarət milli komandası Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. Qadın yığması isə Özbəkistanla görüşəcək. İslamiada Həndbol, 2-ci tur 10 may Kişilər A qrupu
09:00. Əlcəzair - Pakistan
20:15. Azərbaycan - Səudiyyə Ərəbistanı B qrupu
11:15. Türkiyə - İraq
18:00. İordaniya - Mərakeş Qadınlar A qrupu
13:30. Kamerun - Türkiyə
15:45. Özbəkistan - Azərbaycan Qeyd edək ki, ilk turda Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Pakistanı (43:36) və Kamerunu (28:26) məğlub edib.