SON DƏQİQƏ
» » İslamiada: Həndbolçularımız Pakistanı məğlub etdi

İslamiada: Həndbolçularımız Pakistanı məğlub etdi

Tarix:

9-05-2017, 20:52

/ 2 854 dəfə oxundu.
İslamiada: Həndbolçularımız Pakistanı məğlub etdi

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayan kişi həndbolçulardan ibarət Azərbaycan yığması ilk görüşündən qalib ayrılıb.

Report-un məlumatına görə, Hikmət Abdullayevin baş məşqçi olduğu komanda Pakistan millisini məğlub edib - 43:36.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk yarıda 20:15 hesabı ilə öndə olan Azərbaycan millisi fasilədən sonra üstünlüyünü daha da artırıb və 7 topa çatdırıb.

Qeyd edək ki, A qrupunun digər oyununda Səudiyyə Ərəbistanı Əlcəzairə qalib gəlib - 26:13 (13:6). B qrupunun ilk görüşündə isə Mərakeş Türkiyəyə uduzub - 24:27 (8:12). Qrupun digər oyunu saat 20:15-də İraqla İordaniya yığmaları arasında keçiriləcək. Azərbaycan millisi mayın 10-da Səudiyyə Ərəbistanı ilə, mayın 11-də Əlcəzairlə qarşılaşacaq. Yarımfinal görüşləri mayın 13-də, 3-cü yer uğrunda və final matçları mayın 14-də keçiriləcək.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ