SON DƏQİQƏ
» » ÇL yarımfinal mərhələsinin ilk oyunu keçirilib

ÇL yarımfinal mərhələsinin ilk oyunu keçirilib

Tarix:

3-05-2017, 02:30

/ 4 137 dəfə oxundu.
ÇL yarımfinal mərhələsinin ilk oyunu keçirilib

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib və ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gəlib.
 
Çempionlar Liqasının son qalibi "Real” turnirin son finalçısı "Atletiko”nu qəbul edib. ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqib hesab olunan "Real” bu dəfə də ənənəyə sadiq qalıb.
 
"Kral klubu"nun portuqaliyalı super ulduzu Ronaldo matçın taleyini təkbaşına həll edib. Het-trik edən oyunçu komandası üçün finalın "qapısını aralayıb".
 
Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar
2 may
 
"Real” (Madrid, İspaniya) – "Atletiko” (Madrid, İspaniya) - 3:0
Qollar: Ronaldo, 10, 73, 86
 
Baş hakim: Martin Atkinson (İngiltərə)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ