SON DƏQİQƏ

Bakıda iyrənc olay- 37 yaşlı kişi...

Tarix:

22-07-2021, 11:40

/ 4 384 dəfə oxundu.
Bakıda iyrənc olay- 37 yaşlı kişi...

Ötən ilin yanvar ayında Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində paytaxt sakini, 1984-cü il təvəllüdlü Natiq Məmmədovun yetkinlik yaşına çatmayan ögey qızı, 2005-ci il təvəllüdlü Z.M-i zorlaması faktı ilə bağl açılmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə N.Məmmədov Cinayət Məcəlləsinin 149.2.3-ci (zorlama - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı məlum olub ki, azyaşlı qızın atası ilə anası hələ onun 1 yaşı olanda ayrılıblar. Bundan sonra qadın qızı ilə birgə Bakıya köçüb və Natiqlə ailə qurub. Bu nikahdan onun bir oğlu da dünyaya gəlib. Ötən ilin 23 yanvar tarixində Z.M-in anası 2 günlük Gəncəyə getdiyi vaxt ögey atası olan Natiq gecə saat 2 radələrində çarpayıda yatdığı vaxt ona qarşı zor tətbiq edərək zorlayıb. Bu səbbədən azyaşlı qız hamilə qalıb və keçən ilin avqustunda hamiləliyin 29-cu həftəsində ölü döl dünyaya gətirib.

Bildirilir ki, ögey qızını zorlayan şəxs ondan aralarında olan hadisəni gizlətməsini tələb edib. Uşaq hamilə olduğunu biləndə isə, o, ona dərman verib uşağı tələf edəcəklərini deyib. Lakin qısa vaxt sonra hadisənin üstü açılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ