SON DƏQİQƏ
» » Bakıda arvadını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda arvadını bıçaqlayan şəxsə hökm oxunub

Tarix:

14-02-2017, 15:30

/ 4 678 dəfə oxundu.
Bakıda arvadını bıçaqlayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Seymur Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Soltanov 11 il 3 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin iyun ayında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan 1976-cı il təvəllüdlü S.Soltanov həyat yoldaşı 1978-ci il təvəllüdlü Cəmilə Soltanovaya bıçaqla xəsarət yetirib.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. S.Soltanov könüllü olaraq polisə gəlib.
O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ