SON DƏQİQƏ

Bu səbəbdən 7 milyon insan ölür

Tarix:

22-01-2021, 08:41

/ 5 836 dəfə oxundu.
Bu səbəbdən 7 milyon insan ölür

Havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun şəkildə aşağı salınması hər il Avropada orta hesabla 50 min erkən ölüm halının qarşısını ala bilər.

GunAz.az xəbər verir ki, Qlobal Sağlamlıq İnstitutunun tədqiqatçıları Avropanın minə yaxın şəhərində havanın çirklənməsini ölçüblər və nəticələr "Lancet Planetary Health" elmi nəşrində dərc olunub. Bu zaman alimlər ÜST-ün kriteriyalarını əsas götürüblər və PM2,5 kateqoriyasına daxil olan çirkli hava partikllərinin, eləcə də havadakı azot oksidinin (NO2) miqdarını araşdırıblar.

ÜST-ün açıqlamasına görə, hər il dünyada yeddi milyondan çox insan hava çirklənməsinin səbəb olduğu xəstəliklərdən (qan-damar sistemi və nəfəs yolları xəstəlikləri) dünyasını dəyişir.Axar.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ