SON DƏQİQƏ
» » Hava çirkliliyi 400 min adamın ölümünə səbəb olub

Hava çirkliliyi 400 min adamın ölümünə səbəb olub

Tarix:

16-10-2019, 20:01

/ 1 794 dəfə oxundu.
Hava çirkliliyi 400 min adamın ölümünə səbəb olub

Avropa Ətraf Mühit Agentliyinin hazırladığı hesabata görə, 2016-cı ildə Avropada havanın keyfiyyətsizliyindən 400.000 insan vaxtından əvvəl həyatını itirib.

Hesabatda hava çirkliliyinin insan sağlamlığı üçün ən vacib ekoloji təhlükə amili  olduğu bildirilib.

Agentliyin hesabatını hazırlayan havanın  keyfiyyətinə nəzarət mütəxəssislərindən biri Alberto Gonzlez Ortiz Avropa şəhərlərində havanın çirklənmə səviyyəsini azaltmaq üçün avtomobillərin sayının, xüsusən azot dioksid maddəsinin miqdarının azaldılmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, iyul ayında Avropa Komissiyası Avropa Məhkəməsində İspaniya və Bolqarıstana qarşı vətəndaşlarını havanın çirkliliyindən qoruya bilməməsi ilə bağlı iddia qaldırmışdı.

скачать dle 12.1

Şərhlər