SON DƏQİQƏ
» » Qəbələdə dağlıq ərazidə güclü yanğın başladı

Qəbələdə dağlıq ərazidə güclü yanğın başladı

Tarix:

8-07-2020, 14:52

/ 4 451 dəfə oxundu.
Qəbələdə dağlıq ərazidə güclü yanğın başladı

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ