SON DƏQİQƏ
» » Daha bir TV-nin əməkdaşları koronavirusa yoluxdu: 8 nəfərdə virus aşkarlandı

Daha bir TV-nin əməkdaşları koronavirusa yoluxdu: 8 nəfərdə virus aşkarlandı

Tarix:

2-07-2020, 16:44

/ 4 469 dəfə oxundu.
Daha bir TV-nin əməkdaşları koronavirusa yoluxdu: 8 nəfərdə virus aşkarlandı

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə klinikaların birində koronavirusa dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub.

GunAz.az xəbər verir ki, bu barədə CBC TV-nin açıqlamasında bildirilib.

Məlumatda qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər: "CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq.

Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.

Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVID-19-a qarşı test analizi verməsi planlaşdırılıb".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ