SON DƏQİQƏ
» » Avtomobil kanala aşdı: Ölən və yaralananlar var

Avtomobil kanala aşdı: Ölən və yaralananlar var

Tarix:

17-03-2020, 08:51

/ 3 482 dəfə oxundu.
Avtomobil kanala aşdı: Ölən və yaralananlar var

Bərdə rayonunun Lənbərən kəndi ərazisində minik avtomobili kanala aşıb.  
GunAz.az xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşaraq su kanalına düşüb.  
Avtomobildə olan qadın sərnişin - 1973-cü il təvəllüdlü Həsənova Sədagül Qəşəm qızı həyatını itirib.  
Dörd nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Gülüstan qəsəbə sakinləri - 1988-ci il təvəllüdlü Mirzəyeva Günel İbrahim qızı, sürücü 1993-cü il təvəllüdlü Xuduzadə Ceyhun İlham oğlu, 1972-ci il təvəllüdlü Həsənova Heyran Kamran qızı və 1991-ci il təvəllüdlü Mirzəyev Səxavət Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  
Faktla bağlı araşdırma başlanıb. /APA
 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ