SON DƏQİQƏ
» » İkinci qrup Qarabağ əlilinin qızına Abşeronun baş memarının işçisi xəsarət yetirib

İkinci qrup Qarabağ əlilinin qızına Abşeronun baş memarının işçisi xəsarət yetirib

Tarix:

9-12-2019, 16:01

/ 1 702 dəfə oxundu.
İkinci qrup Qarabağ əlilinin qızına Abşeronun baş memarının işçisi xəsarət yetirib

 GunAz.az saytının redaksiyasına daxil olan acınacaqlı məktubu şərhsiz dərc edirik.

Hörmətli redaksiya!

"Yazaraq bildirirəm ki, qonşumun evinin pəncərəsi mənim həyətimə sarı olduğu üçün, qonşu evimin içinə lazer salır, həmçinin digər əxlaq normalarına zidd hərəkətlər edir. Bu baxımdan qonşunun bu əxlaqsız hərəkətlərini görməmək üçün öz həyətimdəki həmin əraziyə divar çəkmək istədim. Özünü Memarlığın işçisi kimi təqdim edən Tural adlı şəxs həyətimə girib qanunsuz olaraq işlərimi dayandırdılar. Bu qanunsuz hərəkətə görə,mən Zəngilan məcburi köçkünü H.Z.Tağıyev küçəsi, döngə 3, dalan 2, ev 3 yaşayan Abbasova Xanım Oqtay qızı 02.12.2019 tarixində Abşeron rayon icra başçısının qəbulunda oldum. İradə Gülməmmədovaya bildirdim ki, eviumin bütün sənədləri var. Öz həyətimdə tikinti apara bilmirəm. İradə Gülməmmədova da baş memara niyə mane olursunuz deyə hiddətlə bildirdi. Memar Akif Əliyev ayağa qalxaraq başçıya bildirdi ki, onun sənədi varsa heç kim ona bir söz deyə bilməz. Qəbuldan evə qayıdan kimi tikintini davam elətdirməyə başladım. 

Abşeron rayon Memarlıq və tikinti şöbəsınin Tural adlı(digər bir nəfərlə) işçisi yenidən həyətimə soxularaq mənə külli miqdarda maddi ziyan vurmaqla yanaşı, həmçinin döyərək ağır bədən xəsarəti yetiriblər. İşlətdiyim usta Orxan , fəhlə Ramin və rəfiqəm Gülnar Müzəffərlinin gözləri önündə mənə xəsarət yetirilib. Əmlakıma külli miqdarda ziyan

vurulub. Xatırladım ki, evə aid bütün sənədlər almışam. Ev özəlləşdirilmiş evdir. Deyərdim ki, bu ərazidə az adamlar tapılar ki, evlərinin sənədləri olsun. Öz evimdə, həyətimdə iş görə bilmirəm. Qonşum Memarlıq və Tikinti şöbəsinin işçiləri ilə birləşib mənim əmlakımı dağıtdılar və mənə də ağır bədən xəsarəti yetiriblər. Mən dərhal 102 xidmətini yəğaraq polisə şikayət etdim. Tibbi ekspertizadan keçmişəm. Yeni əməliyyat olunduğum üçün bədənimdəki əməliyyat tikişləri çökülmüş və yarada qanaxma baş vermişdir. Həkimlərin operativ müdaxiləsi məni ölümdən döndərdi.

Xatırladım ki, İradə Gülməmmədova baş memara tapşırıq versə də Akif Əliyev öz maraqlarını güdərək işçisinin bu əməllərinə haqq qazandırır. Akif Əliyev bir qrub belə dələduzun arxasında dayanıb vətəndaşları maraq xatirinə incidirlər.

Bildirim ki, atam Abbasov Oqtay II qrup Qarabağ əlilidir.Allah rəhmətinə gedib. Özüm anamla birlikdə bu evdə yaşayırıq. 2 qadın bu dələduzların əlində qalmışıq.Çarə tapmadığım üçün cənab Prezidentə və birinci Xanıma müraciət edirəm. Xahiş edirəmbiz ailəmizə köməklik göstərəsiniz. Mənə dəymiş ziyanın ödənilməsinə və ağır bədən xəsarəti yetirmiş memarlığın dələduz işçilərinin ən ağır formada cəzalandırılmasına göstəriş verəsiniz".

Abbasova Xanım Oqtay qızı

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ