SON DƏQİQƏ
» » “Standart İnsurance” sığorta şirkəti vədinə əməl etmir

“Standart İnsurance” sığorta şirkəti vədinə əməl etmir

Tarix:

25-10-2019, 17:41

/ 3 133 dəfə oxundu.
“Standart İnsurance” sığorta şirkəti vədinə əməl etmir

Sığorta fəaliyyətinin düzgün təşkili hər hansı sığortaçının gələcək uğurlarında başlıca şərtdir. Hazırda sığortaçılar dünya sığortasının ən yeni texnologiyalarını öz fəaliyyətlərində tətbiq etməklə daha böyük nailiyyətlər qazanmağa çalışırlar. Dünya dövlətlərində sığorta biznesi yüksək sığorta texnikasının və mədəniyyətinin sayəsində bu günkü səviyyəyə gəlib çatmışdır. Müasir sığorta texnikası və mədəniyyəti həm də sığorta işinin düzgün təşkilini əhatə edir. Bizdə Azərbaycanda isə hələ də sığorta edənlərdən çoxlu narazılıqlar var. Redaksiyamıza daxil olan məktub da o narazılıqlardan biridir.

 GunAz.az həmin məktubu olduğu kimi oxucularına təqdim edir:

"Mən İsmayılov Nüsrət Əli oğlu məlumat olaraq bildirirəm ki, 27.09.2019-cu il tarixində VAZ markalı 10-MZ-785 nömrəli avtomaşın mənə məxsus Mercedes markalı 90-UK-655 markalı avtomaşını saxlayıb öz istiqamətimə dönən anda qeyd etdiyim nəqliyyat vasitəsi tərəfindən maşının ön tərəfindən udara məruz qalmış və nəticədə avtomaşının qabaq hissəsi yarasız hala düşmüşdür. Qarşı tərəfin sığorta qeydiyyatında olduğu ASC “Standart İnsurance” sığorta şirkətinə yazılı ərizə ilə müraciət etmiş və qoşma kimi Suraxanı YPŞ-nin verdiyi nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış və digər zəruri sənədləri sığorta şirkətinin təmir sexinin təqdim etdiyi arayışı (həmin arayışda 3026 AZN məbləğ göstərilib). Lakin sığorta şirkətinin Ramiz adlı işçisi mənə hədə qorxu gələrək mənə yalnız 2500 AZN verilməli olduğunu bildirdi, həmin məbləğə qane olmadığımı bildirdikdə get hara şikayət edirsən et deyə məni otağından uzaqlaşdırdı.

 Əlavə olaraq bildirirəm ki, mən bu məsələnin həll olması üçün Bazarlara Nəzarət Palatasına iki dəfə məktubla müraciət etmişəm hələki cavab almamışam. Bu sahəyə cavabdeh şəxslərdən tezliklə haqq ədalətin öz yerini tapmağını xaiş edirəm".

“Standart İnsurance” sığorta şirkəti vədinə əməl etmir

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ