SON DƏQİQƏ
» » Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı rəsmi açıqlama

Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı rəsmi açıqlama

Tarix:

27-11-2019, 21:43

/ 969 dəfə oxundu.
Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən GunAz.az-a verilən məlumata görə, noyabrın 26-da saat 18 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində rayon sakini Rafiq İsmayılov idarə etdiyi "VAZ-21104" markalı avtomobili qarşıda gedən həmyerlisi E.Cəfərovun idarə etdiyi ekskavatora vurub və idarəetməni itirdiyindən yolun kənarındakı çökəyə düşüb. Nəticədə R.İsmayılov və sərnişini olan qardaşı qızı xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ