SON DƏQİQƏ

Azərbaycan ədəbiyyatinda agır itki

Tarix:

19-08-2019, 15:00

/ 2 213 dəfə oxundu.
Azərbaycan ədəbiyyatinda agır itki

 


Ustad sənətkarımız,  əməkdar müəllim,   ADPU də yarım əsrə qədər bir dövrdə dosent, baş müəllim vəzifələrində ləyaqətlə, vicdanla çalışmış ,  geologiya minerologiya üzrə fəlsəfə doktoru,  Rubailər karvanı ilə qəlblərə yol açmiş gorkəmli şairimiz Oqtay Rzanın vəfat etməsi xəbəri  bütün dostları çox kədərləndirdi. Neçə  arzuları,  yazıb yaratmaq həvəsi ürəyində qaldı. 
İki  həftə  əvvəl rəhmətliklə bir neçə mərasimdə bir yerdə olmuşduq. Çağırılan tədbirlərdən qalmazdı. Oqtay Rzanın  cəbhə bölgələrində əsgərlər qarşısında necə alovlu çıxışlarının şahidi olmuşam.
Mərcan Sahbuzlu bizi Oqtay Rza və  Vəli  Əliyevlə birgə Altıagaca dəvət etmişdı.
Məlahət muəllimə gilə qonaq getmişdik.  Məlahət muəllimənin ömür - gün yoldaşı Baba Şükurov bizi avtomobili ilə səfali yerləri gəzdirdi.  Rəhmətliklə Xizi dağlarını, bulaqlarını gəzib  xoş xatirələrlə qayıtmışdıq. Hər dəfə nəşriyyatda görüşərkən o gözəl günləri xatirlayar və 
deyirdi ki Rauf,  tezliklə Rubailərim çap olunacaqdir. 
Sizə də bir bənd şeir həsr etmişəm. 
Qələm dostlarının xasiyyətinə, qabiliyyətinə uyğun şeir yazardi . 
Vətənpərvər şair idi . 1992 ci illərdə Oqtay Rzanın ürək ağrısıyla  yazdığı 
Qaçqın şeiri kohnə qəzetlərdən əlimə kecmişdi. Çap etdirmişdim, Xəbəri yox idi. Biləndə  necə sevinirdi, İlahi .
  -Rauf İlyasoğlu ! Siz  mənim  yadımdan çıxmış  və nə vaxtsa yazdığım Qaçqın şeirimi hardan tapmısınız ? 
Sizə bir qonaqlıq düşur,  nə yaxşı , bu şeiri axtarırdım. Kitabımda 
verəcəyəm - deyib dərin təşəkkürünü bildirmisdi. Şeirləri tez tez 
Həkəridə çap olunurdu.
Oqtay Rzayla bağli xatirələrimi yazmaqla bitməz. İstər bayraq günundə, istərsə də mustəqillik   və sair  bayram günləri ərəfəsində  Respublika qəzetində şeiri çap olunardı.
Baş redaktorun kabinetinə daxıl olan kimi Teymur Əhmədov onu mehriban, şirin çayla  yola salardi. Səhər ona qəzetdə çıxan şeirlərindən ibarət dord - beş qəzet saxlayardım. Rəhmətlik deyərdi : İndi Teymur Əhmədə zənğ edim, sağ olsun şeirimi çap etdirib deyə sevincini böluşərdi .Çox kövrək qəlbə malik ziyalılarımızdan idi. 
Qələm dostumuz Adil Cəmilin gözəl övladının yas məclisində yanaşi əyləşmişdik.  Həkimlərimizin səhlənkarligından və naşılığından istedadli gənc şairimizi itirmisdik. Bir neçə şeirlər kitabı çap olunmuşdu.  Kitabınin redaktoru idim. Oqtay Rzayla birlikdə Adil qardaşımıza təskinlik verib məclisdən çıxdıq.
Oqtay Rza böyük nüfuz və hörmət sahibi idi. 
Hər dəfə kohnə kişilərdən söhbət düşərkən iftixarla bir epizodu xatirlayardı və məni göstərib dostlara danışardı : "-  1968-  70  ci illər olardi. Kommunist qəzeti redaksiyasına gedərdim . Atan İlyas Allahvetdiyevlə gorüşərdim . O vaxtlar Kommunist qəzetinin boyük hörməti var idi . Səhər dostlarıma deyərdim ki bu gün bilirsiniz kimlə görüşmüşəm?  Mən Kommunist qəzetinin xüsusi müxbiri İlyas Allahverdiyevlə görüşmüşəm."- deyib çox sevinərdim.
Sən sağ ol ki atanın yolunu davam etdirirsən."  Çox  mehriban söhbətimiz alınardı. Hər kəslə tez ünsiyyət qurardı. 
Oqtay Rza bizi cismən  tərk etsə də onun əsərləri, mehriban simasi, xeyirxah əməlləri , duzlu məzəli söhbətləri  hər zaman xatirırlanacaq və işıqlı ,güləruz ,solmayan bənizi qələm dostlarının xatirəsindən silinməyəcəkdir. 
Allah sənə qəni- qəni  rəhmət eləsin. Gozəl ziyalımiz . Ruhun şad olsun.
Rauf İlyasoğlu

GunAz.az

Azərbaycan ədəbiyyatinda agır itki

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ