SON DƏQİQƏ
» » Ürək parçalayan olay: 75 yaşlı ata əlil övladını xilas etdi, özü və arvadı həyatını itirdi-VİDEO

Ürək parçalayan olay: 75 yaşlı ata əlil övladını xilas etdi, özü və arvadı həyatını itirdi-VİDEO

Tarix:

24-06-2019, 08:37

/ 1 469 dəfə oxundu.
Ürək parçalayan olay: 75 yaşlı ata əlil övladını xilas etdi, özü və arvadı həyatını itirdi-VİDEO

İstanbulun Kadıköy ərazisində 7 mərtəbəli binanın üçüncü mərtəbəsində yanğın baş verib. Yanan evdəki ana və ata dünyasını dəyişsə də, onların əlil övladının həyatını xilas etmək mümkün olub.

Bizimyol.info xəbər verir ki, yanğın Çehreli ailəsinin yaşadığı mənzildə olub. Qısa müddətdə hadisə yerinə yanğınsöndürənlər gəlib. 75 yaşlı Barbaros Çehreli onların qapısına yardıma gələnlərə əlil övladı, 42 yaşlı Boranı verib. Özü isə mənzildə qalan həyat yoldaşı, 74 yaşlı Ülkər Çehrelini xilas etmək üçün mənzilə qayıdıb.

Amma yanğın şiddətli olduğundan onların həyatını xilas etmək mümkün olmayıb. Bora Çehreli isə xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ