SON DƏQİQƏ
» » Antibiotiklərin daha bir dəhşətli zərəri üzə çıxdı - Araşdırma

Antibiotiklərin daha bir dəhşətli zərəri üzə çıxdı - Araşdırma

Tarix:

28-02-2019, 10:30

/ 10 330 dəfə oxundu.
Antibiotiklərin daha bir dəhşətli zərəri üzə çıxdı - Araşdırma

Antibiotiklərin bağırsaq bakteriyalarına mənfi təsir etməsi barədə fikirlər təsdiqini tapdıqdan sonra həkimlər antibiotik kursunun sona kimi qəbul olunmamasını məsləhət görür. Antibiotiklərin zərəri barədə hər il yeni araşdırmalar aparılsa da, həkimlər yenə eyni həvəslə çox xəstəliklərdə antibiotik yazmaqda davam edir və yazdığı preparatın əks göstərişləri barədə nə özləri araşdırma aparır, nə də xəstələri xəbərdar edir. 

 

GunAz.az Medicina.az-a istinadən xəbər verir ki, Harvard institutunun alimləri antibiotiklərlə bağlı yeni araşdırma aparıblar və dəhşətli nəticəyə gəliblər. Məlum olub ki, antibiotiklər öz müttəfiq bakteriya və hüceyrələrini də aradan götürür. 

 

Onlar metabolitlərin və immun hüceyrələrin iş qabiliyyətini aşağı salır, bir komanda şəklində infeksiya və viruslara qarşı birləşməli olduğu faydalı hüceyrələri də sıradan çıxarır.

Aparıcı müəllif Ceyson Yanq qrupu ilə birgə siçanlar üzərində apardığı təcrübədə tapıb ki, bir neçə tip antibiotiklər siçanlarda mitoxondriyanı zədələyir, bu da metobolik prosesə mənfi təsir göstərir. Metobolitlər isə hüceyrələr tərəfindən sintez olunur və müalicə zamanı vacib rol oynayır. 

 

Eksperiment zamanı siçanları bağırsaq çöplərinə yoluxdurublar və onları Çiprofloksasin adlı məşhur antibiotiklə müalicə ediblər. İnsana yazılan dozada tətbiq edilib.

Bu preparat siçanların toxumalarına təsir edərək, metobolik prosesləri pozub, nəticədə metabolitlər sanki başlarını itirərək “düşmənə” tərəf işləməyə başlayıblar, bağırsaq çöplərini daha da gücləndiribər. Dərman həmçinin immun sistemi hüceyrələrinin işini azaldıb. O, bakteriyaları tutub zərərsizləşdirən makrofaqları da zəiflədib. Antibiotikin yaratdığı biokimyəvi mühitdə immun hüceyrələri sanki boğulub. 

 

Hesab edilirdi ki, antibiotiklər bakterial hüceyrələrə təsir edir, amma əslində onlar immun sistem hüceyrələrə də toxunur. 

 

Bu elmi komanda indi uzun müddət antibiotik qəbul etmiş pasiyentlərin immun hüceyrələrində hansı dəyişikliklərin baş verdiyini araşdırmaq istəyir. 

 

Qeyd edək ki, 26 fevral tarixində Şabran rayonunda 7 yaşlı Gülnur Elnur qızı Dadaşovaya antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ